Belarus MSK ilkin nəticələri açıqladı: Aleksandr Lukaşenko liderdir
09.08.2020 19:46 Gündəm Dünya

Belarus MSK ilkin nəticələri açıqladı: Aleksandr Lukaşenko liderdir

Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko beş regionun səsvermələrinin nəticələrinə əsasən seçkilərdə liderdir.

“MediaPost” xəbər verir ki, bu barədə Belarusiyanın Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.

Onun sözlərinə görə, Aleksandr Lukaşenko 82,08 faiz, onun rəqibi Svetlana Tixanovskaya isə 6,98 faiz səs toplayıb.

“Exit-pol”un nəticələrinə görə isə, Belarusda bu gün keçirilən prezident seçkilərində Aleksandr Lukaşenko qalib gəlib.

Sorğunun nəticələrinə əsasən, hazırkı dövlət başçısı seçicilərin 79,7 faizinin səslərini toplayıb.

Xəbərlər şöbəsi

Gündəm