Belarusda koronavirusa yoluxanların sayı 10 min nəfəri ötdü
26.04.2020 17:40 Dünya

Belarusda koronavirusa yoluxanların sayı 10 min nəfəri ötdü

Belarusda COVID- 19 pandemiyasına 10 mindən çox insan yoluxub.

"MediaPost" xəbər verir ki, bu barədə məlumatı Belarus Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, hazırda ölkədə koronavirusdan müalicə olunanların sayı 10 463 nəfərdir.

Onlardan 1695 nəfəri tam sağalaraq evə buraxılıb, 72 nəfər isə həyatını itirib.

İndiyədək Belarusda koronavirusla bağlı 147 525 test aparılıb.

Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.

Xəbərlər departamenti

Gündəm