Belarusda minlərlə polisin məlumatları sızdırıldı
21.09.2020 09:28 Dünya

Belarusda minlərlə polisin məlumatları sızdırıldı

Belarusda 9 avqustda keçirilən prezident seçkilərdən sonra başlayan etiraz aksiyaları 6 həftədir davam edir.

"MediaPost" xəbər verir ki, nümayişlər davam edərkən ölkədə 2000-ə yaxın polisin şəxsi məlumatları hakerlər tərəfindən internetə sızdırılıb. Naməlum şəxslər nəzarət altına alınan aksiya iştirakçılarının həbsxanalarda işgəncəyə məruz qaldığını iddia edib.

Digər tərəfdən aksiyalar səbəbilə sərt tədbirlər görən təhlükəsizlik qüvvələri paytaxtdakı metro stansiyalarını və mobil interneti bağlayıb. Paytaxt Minsk istisna olmaqla Brest, Qrodno, Qomel, Vitebsk və Zodinoda nümayişlər keçirilib. Polislə etirazçılar arasında meydana gələn qarşıdurmalarda çox sayda insanın saxlanıldığı bildirilib. 

Belarus Daxili İşlər Nazirliyi ötən gün qadınların keçirdiyi etiraz aksiyasında 400-dən çox insanın tutulduğunu və 385-nin sərbəst buraxıldığını qeyd edib.

 

Anara Mikail

Gündəm