Belarusda prezident seçkiləri başlayıb: Lukaşenkodan MÜRACİƏT - <span>VİDEO</span>
04.08.2020 11:56 Gündəm Dünya

Belarusda prezident seçkiləri başlayıb: Lukaşenkodan MÜRACİƏT - VİDEO

Avqustun 4-dən 8-dək Belarusun ali dövlət postuna seçkilərdə növbədənkənar səsvermə keçiriləcək.

“MediaPost” BELTA informasiya agentliyinə istinadla xəbər verir ki, Belarus ərazisində 5 min 767 seçki məntəqəsi yaradılıb. Xaricdə yaşayan ölkə vətəndaşları isə 44 məntəqədə səs verə biləcək.

Ümumilikdə prezident seçkilərində səs vermək üçün seçici siyahısına 6 milyon 844 min 932 nəfər daxil edilib. Ən çox seçici Minsk şəhərində (1 milyon 241 min 21 nəfər), ən az seçici isə Qrodnensk vilayətində (751 min 84 nəfər) qeydə alınıb. Eyni zamanda, Belarusun respublika xaricində yaşayan 5 min 319 vətəndaşı da seçici siyahısındadır.

İyulun 14-də Belarus Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belorus Sosial-Demokratik Qramada” partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliyini qeydə alıb.

Xəbərlər şöbəsi

Gündəm