Belçikada tibbi maskalar ancaq bu şəxslərə satılır
29.04.2020 16:33 Dünya

Belçikada tibbi maskalar ancaq bu şəxslərə satılır

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, tibbi maskalar səhiyyə sahəsində işləyənlərdən başqa heç kimə satılmır.

Bildirilib ki, bu isə Avropa İttifaqının mərkəzində tibbi maska qıtlığının yaranmasına səbəb olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 163 000-i ötüb. Bunların 975 783 nəfəri sağalıb, 219 332 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm