Belçikalı senator AŞPA-nın yeni prezidenti ola bilər
27.01.2020 12:47 Xarici siyasət

Belçikalı senator AŞPA-nın yeni prezidenti ola bilər

“Report”un Fransa bürosu xəbər verir ki, sessiya çərçivəsində quruma yeni prezident seçiləcək və belçikalı senator Hendrik Daems bu vəzifəyə yeganə namizəddir.

O, AŞPA-nın hazırkı prezidenti, isveçrəli deputat Liliane Maury Pasquieri əvəz edəcək.

Qeyd edək ki, H.Daems Belçikanın Avropa üçün Demokratlar və Liberallar Alyansı Partiyasının prezidentidir.

AŞPA-nın qış sessiyası yanvarın 31-i başa çatacaq.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm