Bələdiyyə üzvlüyünə seçilənlərin sayı açıqlanıb
26.12.2019 15:18 Daxili siyasət

Bələdiyyə üzvlüyünə seçilənlərin sayı açıqlanıb

"MediaPost" “Report”-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, 15 156 yerə 15 154 nəfər seçilib: “Digər iki namizədin səsi bərabər olduğu üçün onlar seçilməmiş sayılır. Bu istiqamətdə araşdırmalar gedir və yəqin ki, sonda nəticələr dəyişə bilər”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm