Berat Albayrak istefa verdi
08.11.2020 21:23 Dünya

Berat Albayrak istefa verdi

Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak tutduğu vəzifədən istefa verib.

"MediaPost" xəbər verir ki, o bu barədə rəsmi "Instagram" hesabında paylaşım edib.

"Təxminən beş ildir icra etdiyim nazirlik fəaliyyətimi səhhətimdəki problemlərlə əlaqədar davam etdirməməyə qərar verdim"-deyə, o qeyd edib.

Xəbərlər şöbəsi

Gündəm