Bərdə rayon prokuroru və köməkçisi işdən çıxarılıb
03.01.2020 12:55

Bərdə rayon prokuroru və köməkçisi işdən çıxarılıb

"MediaPost"un "Report"a istinadən məlumatına görə, rayon prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov və onun köməkçisi Babək Paşayev işlərində yol verdiyi nöqsanlara görə vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, rayon prokuroru F.Məmmədov bundan əvvəl Tovuz rayon prokuroru vəzifəsində işləyib. O, 2015- ci ildə Bərdə rayonuna təyinat alıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm