Bərdə sakinini bıçaqlayan şəxs tutulub
14.04.2020 16:23 Kriminal

Bərdə sakinini bıçaqlayan şəxs tutulub

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "MediaPost"a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvar ayının 6-da Lənbəran kəndi ərazisində Xocalı şəhər sakini K.Əhmədova bıçaqla daxilə nüfuz edən xəsarət yetirib, “VAZ-2106” markalı avtomobilini quldurluq yolu ilə almaqda şübhəli bilinən Kəlbəcər rayon sakini R.Mirzəyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbərlər departamenti

Gündəm