Bərdədə ağır yol qəzasında qadın sərnişin ölüb, yaralılar var
09.02.2020 08:46 Hadisə

Bərdədə ağır yol qəzasında qadın sərnişin ölüb, yaralılar var

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Alpout kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Rizvan Məmmədov idarə etdiyi "VAZ-2107" avtomobillə hərəkətdə olan zaman "VAZ-2106" markalı avtomobillə toqquşub.

Nəticədə "07"də olan rayonun Məmmədli kənd sakini Adilə Əzizova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər iki avtomobilin sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar "təcili yardım" avtomobillləri ilə xəstəxanaya çatdırlıblar.

Faktla bağlı araşdırma aparılır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm