Bərdədə evdə partlayış olub, 1 nəfər xəsarət alıb
Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 286 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində sahəsi 52 m² olan otaqda quraşdırılan yanacaq sobasında yanğınla nəticələnən partlama baş verib.
Bu barədə Mediapost.az-a FHN-dən bildirilib.
Yanğın nəticəsində ətrafa dağılmış yanacaq və otağın tavanı qismən yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.