Bəşər Əsəd Ərdoğanla görüşün mümkünlüyündən danışıb
01.11.2019 08:32 Siyasət

Bəşər Əsəd Ərdoğanla görüşün mümkünlüyündən danışıb

Suriya prezidenti Bəşər Əsəd gündəm hadisələri ilə bağlı yerli televiziya kanallarından birinə açıqlamalar verib.

Mediapost.az xəbər verir ki, o, "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla aranızda görüş baş tuta bilərmi?" sualına münasibət bildirib.

"Milli maraqlar daha vacib olduğuna görə, şəxsi münasibətləri bir kənara qoymalıyıq. Əgər bir araya gəlmək nəticə verəcəksə, milli maraqlar yönündə bütün addımların atılmasının tərəfdarıyam" - Əsəd bildirib.

Suriya prezidenti həmçinin İŞİD terror qruplaşmasının lideri Əbubəkr Əl-Bağdadinin öldürülməsi xəbərləri ilə bağlı danışıb:

"Bağdadinin məhv edilməsi ilə əlaqədar ABŞ qurumları ilə heç bir təmasımız olmayıb. Ən əsası isə bu əməliyyatın həqiqətən olub-olmadığını bilmirik. ABŞ hələ də ortaya heç bir dəlil-sübut qoymayıb".

B.Əsəd qeyd edib ki, Suriya hökumətinin bu mövzuda ABŞ-a kömək edəcəyinə dair xəbərləri yalnız mətbuatdan öyrənib.

Suriya prezidentinin sözlərinə görə, terror ideologiyası yaşadıqca, Bağdadi və ya onun kimi digərlərinin ölümü ilə heç nə dəyişilməyəcək.

Mediapost.az


Xəbərlər departamenti

Gündəm