Bəxtiyar Hacıyevi hədələyən şəxs saxlanılıb
14.01.2020 13:04 Hadisə

Bəxtiyar Hacıyevi hədələyən şəxs saxlanılıb

Bakı şəhər Baş Polis İdarəsindən "MediaPost"-a verilən məlumatda bildirilir ki, müraciət əsasında araşdırma aparılıb. Yasamal RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb.

Məlum olub ki, E.Bağırov CM-nin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

Xəbərlər departamenti

Gündəm