Bəxtiyar Hacıyevin plakatının necə qoparıldığı açıqlandı - RƏSMİ
05.02.2020 15:56 Hadisə

Bəxtiyar Hacıyevin plakatının necə qoparıldığı açıqlandı - RƏSMİ

Bu barədə "MediaPost"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Rəis deyib ki, müraciətlə əlaqədar “Təhlükəsiz şəhər” kameralarının arxiv görüntülərinə baxış keçilib:

“Baxış zamanı seçki lövhələrindən plakatların qoparılmasında şəxsi müdaxilə faktı aşkarlanmayıb, plakatın küləyin təsirindən qopması müəyyən olunub.

Təbliğat və təşviqat prosesində polis üzərində düşən vəzifələrin icrasını yüksək peşəkarlıqla davam etdirir, daxil olunan bütün müraciətlərə diqqətlə yanaşır”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm