"Beynəlxalq Bank" sahiblərinə 150 mln. manat ödəyəcək
16.09.2020 09:37 Maliyyə

"Beynəlxalq Bank" sahiblərinə 150 mln. manat ödəyəcək

15 sentyabr 2020-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Baş ofisində Bankın səhmdarlarının ümumi yığıncağı təşkil edilib. COVID-19 pandemiyası ilə əlaqədar iclas materialları ilə tanışlıq və səhmdarların səsverməsi qiyabi formatda keçirilib.

"MediaPost" xəbər verir ki, yığıncaqda bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2019-cu il üzrə maliyyə hesabatı təsdiqlənib. Həmçinin "Beynəlxalq Bank"ın 2019-cu ildə qazandığı mənfəət 2018-ci ildə olduğu kimi ötən il üzrə də səhmdarlara dividend ödəməyə imkan verib və yığıncaqda 2019-cu ilin maliyyə nəticələrinə əsasən, bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə baxılıb. Hər səhm üzrə 0,0326 AZN olmaqla səhmdarlara ötən ilin mənfəətindən 150 milyon manat dividendin ödənilməsi qərara alınıb.

Bununla yanaşı, səhmdarlar qiyabi səsvermə əsasında Bankın Nizamnaməsini yeni redaksiyada təsdiqləyiblər. Təqdim edilən materiallarda səhmdarlara Bankın missiya və strateji baxışı barədə də məlumat verilib.

Könül Vəliyeva

Gündəm