Beynəlxalq Buker Mükafatının qalibi seçilib
24.05.2023 03:44 Mədəniyyət

Beynəlxalq Buker Mükafatının qalibi seçilib

Nüfuzlu ədəbiyyat mükafatlarından biri olan Beynəlxalq Buker Mükafatının qalibi məlum olub.

MediaPost mükafatın rəsmi saytına istinadən xəbər verir ki, ümumilikdə Bolqarıstan, İspaniya, Kot-d'İvuar, Meksika, Fransa və Cənubi Koreyadan olan müəlliflər 2023-cü ilin qalibi olmaq adına yarışıblar.

Nəticə etibarilə, bolqarıstanlı Georgi Qospodinovun "Zaman sığınacağı" romanı 2023-cü il Beynəlxalq Buker Mükafatının qalibi olub.

Xatırladaq ki, ki, qalib romandan əlavə, Eva Baltasarın “Qaya”, Qvadelupe Nettelin "Yenicə doğulmuş", QauZ təxəllüsü ilə yazan Patrik Arman-Qbaka Bredenin “Mütəmadi ağır”, Çeon Myan Kvanın “Balina”, Mariz Kondenin “Yeni dünyanın İncili” əsərləri də mükafatın qısa siyahısına düşüb.

Qeyd edəjk ki, mükafat 1969-cu ildə təsis olunub və əvvəllər iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur.

Xəbərlər departamenti

Gündəm