Beynəlxalq Enerji Agentliyi neftə tələbatla bağlı proqnozunu dəyişdirib
Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün neftə qlobal gündəlik tələbatın azalma proqnozunu 400 min barel, gələn il üçün isə artım proqnozunu 300 min artırıb.
“MediaPost” IEA-nın hesabatına istinadən xəbər verir ki, bu il üçün tələbatın azalma həcmi əvvəlki hesabatdakı 8,4 mln barel/gün əvəzinə, 8,8 mln barel/gün olacaq.
Beləliklə, 2020-ci il üzrə neftə qlobal gündəlik tələbat 91,3 mln. barel səviyyəsində gözlənilir.
Agentlik 2021-ci ildə tələbatın əvvəlki proqnozda göstərilən 5,4 mln barel əvəzinə, 5,8 mln. barel artacağını və 97,1 mln. barelə çatacağını proqnozlaşdırır.