"Beynəlxalq ictimaiyyət Azərbaycanın nə qədər düzgün mübarizə apardığını görür"
03.11.2020 15:25 Xarici siyasət

"Beynəlxalq ictimaiyyət Azərbaycanın nə qədər düzgün mübarizə apardığını görür"

"Real danışıqları məhv etmiş çıxışlar göstərirlər".

"MediaPost" xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Azərbaycan indi də 30 ildən çox davam edən mübarizəsini həyata keçirir. Beynəlxalq ictimaiyyət Azərbaycanın nə qədər düzgün mübarizə apardığını görür. Sentyabrın 29-dan noyabrın 2-nə kimi Azərbaycan Respublikasının Prezidenti televiziya kanallarına müsahibə verib. Bu müsahibələr 1 saat, hətta 2 saat çəkib. Dünyanın nüfuzlu kanallarına verdiyi müsahibəsində beynəlxalq ictimaiyyətin bütün sualarına haqlı və ədalətli cavab verib. Erməni lobbisinin hədələri ilə, təzyiqləri ilə üzləşirik ki, bu da insanlar arasında nifrət hissini daha da gücləndirir. Azərbaycan sosial şəbəkələrində bəzi paylaşımlarla biz də razı deyilik, amma erməni lobbisi buna öz etirazını təhqir edərək bildirir. Heç bir Azərbaycan torpağının qaytarılmadığını bəyan edirlər. Real danışıqları məhv etmiş çıxışlar göstərirlər.

Erməni silahlı qüvvələri tərəfindən hələ də mülki insanları, yaşayış obyektləri hədəf alınır ki, bu da Azərbaycana qarşı böyük cinayətdir. Hətta fosfor tipli silahlardanda istifadə edilir. Hazırda bizə verilən məlumata görə, asimetrik və hibrid müharibə aparmaq istəyirlər. Buna görə də vətəndaşlarımıza, xaricdə yaşayan azərbaycanlılara daha diqqətli olmağı məsləhət görürəm".

Ədilə Bayramova

Xəbərlər şöbəsi

Gündəm