Beynəlxalq indeksdə Azərbaycanın mövqeyi 34 pillə irəliləyib
25.01.2023 09:30 İqtisadiyyat

Beynəlxalq indeksdə Azərbaycanın mövqeyi 34 pillə irəliləyib

 Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın (AKTA) fəaliyyət istiqamətlərindən biri də kibertəhlükəsizlik sahəsində mövcud olan beynəlxalq reytinq və hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən fəaliyyətə çoxtərəfli dəstəyin verilməsidir.

MediaPost xəbər verir ki, ölkədə rəqəmsal inkişaf və kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən uğurlu fəaliyyətə dair AKTA-nın müvafiq indikatorlar üzrə əsaslandırılmış təqdimatı nəticəsində 161 ölkənin kibertəhlükəsizlik sahəsində 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksi üzrə reytinq cədvəlində (National Cybersecurity Index - https://ncsi.ega.ee/) Azərbaycan Respublikası 34 pillə qalxaraq 86-cı yerdən 52-ci yerə irəliləmişdir.Estoniyanın "Elektron İdarəçilik Akademiyası Fondu" tərəfindən hazırlanan və təkmilləşdirilən Milli Kibertəhlükəsizlik İndeksi kibertəhlükəsizliyin təmin edilməsi və kiber insidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən qlobal indeksdir.

Ölkəmizin tanınmış beynəlxalq reytinq cədvəlində mövqeyi ilə aşağıdakı keçid vasitəsilə ətraflı tanış ola bilərsiniz:
1. Ümumi siyahı:https://ncsi.ega.ee/ncsi-index/
2. Azərbaycan Respublikasının mövqeyi:
https://ncsi.ega.ee/country/az/
https://ncsi.ega.ee/country/az/?pdfReport=1

Xəbərlər departamenti

Gündəm