Beyrut limanı səlahiyyətlilərinə ev həbsi verildi
06.08.2020 08:24 Gündəm Dünya

Beyrut limanı səlahiyyətlilərinə ev həbsi verildi

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışla əlaqədar olaraq, liman səlahiyyətlilərinə ev həbsi verilib.

“MediaPost” xəbər verir ki, bu barədə Miqrasiya naziri Geyd Şureym məlumat verib. Belə ki, Livan Sosial İşlər və Turizm naziri Rəmzi Müşərrəfiyə, İnformasiya naziri Menal Əbdüssəməd, Miqrasiya naziri Geyd Şureym və Daxili İşlər naziri Məhəmməd Fəhmi hökumətin Beyrutun şərqindəki Baabda Prezidentlik Sarayında təşkil etdiyi iclasdan sonra mətbuat konfransı keçirib. 

Konfransda baş verənlərlə bağlı danışan Şureym ev həbsinin 2014-cü ildən bəri partlayıcı maddələrin olduğu limanda saxlama, qoruma və yoxlanış əməliyyatını həyata keçirən şəxslərə aid olunacağını bildirib. O, sözügedən şəxslərin 5 gün müddətində ev həbsində olacağını vurğulayıb.

Daxili İşlər naziri Məhəmməd Fəhmi isə hadisə ilə əlaqəsi olanların ölkədən çıxışına qadağa qoyulduğunu qeyd edib. Fəhmi partlayışla bağlı istintaqın 5 gün davam edəcəyini, şəffaf olacağını və məsul şəxslərin istintaqa cəlb ediləcəyini söyləyib.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm