Beyrutda baş verən partlayış qurbanlarının sayı 135-ə yüksəlib
06.08.2020 07:45 Gündəm Dünya

Beyrutda baş verən partlayış qurbanlarının sayı 135-ə yüksəlib

Ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 135-ə çatıb.

“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Hamad Həsən məlumat verib. Nazir açıqlamasında 135 nəfərin öldüyünü, 5 min insanın yaralandığını və onlarla insanın itkin düşdüyünü bildirib. 

Digər tərəfdən, Beyrut meri Mərvan Abbud da verdiyi açıqlamada partlayışın baş verdiyi yerin yaxınlığındakı Çarlz Helu körpüsündə çatların meydana gəldiyini qeyd edib. O, vətəndaşlara körpüdən uzaq durmaları ilə bağlı xəbərdarlıq edib.

Anara Mikayılova

 

Xəbərlər şöbəsi

Gündəm