Beyrutda faciə qurbanlarının sayı artıb - <span>YENİLƏNİB</span>
07.08.2020 13:34 Gündəm Dünya

Beyrutda faciə qurbanlarının sayı artıb - YENİLƏNİB

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 149-a yüksəlib.

“MediaPost” xəbər verir ki, Livanın Səhiyyə Nazirliyinin yaydığı açıqlamaya görə, yaralı sayı 5 mini ötüb. 

Hadisə nəticəsində 250 min insanın evinə ciddi zərər dəyib. 

***

Livan Səhiyyə naziri Hamad Həsən Beyrut limanında meydana gələn partlayış nəticəsində həyatını itirənlərin sayının 154-ə yüksəldiyini açıqlayıb.

“MediaPost” xəbər verir ki, yaralıların 20%-inin xəstəxanalarda müalicə almalı olduğunu bildirən Hasan “xüsusilə şüşə qırıntılarının səbəb olduğu ciddi yaraları olan 120 xəstəmizin vəziyyəti ağırdır. Əməliyyata ehtiyac var” - deyə qeyd edib.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm