Beyrutda faciəyə səbəb olan ammonium nitrat 6 il öncə İstanbul Boğazından keçib
05.08.2020 14:20 Gündəm Dünya

Beyrutda faciəyə səbəb olan ammonium nitrat 6 il öncə İstanbul Boğazından keçib

Ötən gün Livanın paytaxtı Beyrutda meydana gələn və 100 nəfərin öldüyü, 4 mindən çox insanın yaralandığı partlayışın Türkiyə ilə əlaqəsi ortaya çıxıb.

“MediaPost” xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank açıqlama verib. Varank “Twitter” hesabından paylaşım edərək “hamımızı kədərləndirən partlayışa səbəb olan 2.750 ton ammonium nitrat 6 il öncə Beyruta gedərkən İstanbul Boğazından keçib" - deyə bildirib. 

Varank açıqlamadan sonra Kanal İstanbula diqqət çəkərək “hörmətli prezidentimizin israrla üzərində durduğu Kanal İstanbul bəsit bir mövzu deyil, Türkiyə üçün stratejik bir təhlükəsizlik məsələsidir” deyib.

Qeyd edək ki, Livan rəsmi agentliyi “NNA” partlayışdan qısa müddət öncə Beyrut Limanında partlayıcı maddələrin olduğu 12 nömrəli anbarda yanğın çıxdığını açıqlayıb. Anbarda daha sonra şiddətli partlayış meydana gəlib.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm