Beyrutda partlayış qurbanlarının sayı 100-ə çatıb - <span>YENİLƏNİB</span>
05.08.2020 09:13 Gündəm Dünya

Beyrutda partlayış qurbanlarının sayı 100-ə çatıb - YENİLƏNİB

Ötən gün Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

“MediaPost” xəbər verir ki, bu barədə Səhiyyə naziri Hamad Həsən açıqlama verib. Açıqlamada partlayış nəticəsində 78 nəfərin öldüyü, 4 min nəfərin yaralandığı bildirilib. 

Liviya prezidenti Mişel Naim Aun verdiyi açıqlamada partlayışa 6 ildir liman bölgəsində lazımi təhlükəsizlik tədbirləri görülmədən saxlanılan 2.750 ton amonium nitratın yol açdığını və bunun qəbul edilməz olduğunu söyləyib. 

***

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində həyatını itirənlərin sayı 100-ə çatıb.

Prezident Mişel Naim Aun ölkə ərazisində 2 həftəlik fövqəladə hal elan edib.

img
img
img
img
img
img
img
img
img

 

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm