Beyrutdakı partlayışda 5 erməni ölüb: 1 siyasətçi, 4-ü tibb bacısıdır - <span>FOTOLAR</span>
05.08.2020 11:27 Gündəm Dünya

Beyrutdakı partlayışda 5 erməni ölüb: 1 siyasətçi, 4-ü tibb bacısıdır - FOTOLAR

Ötən gün Livanın paytaxtı Beyrut şəhərində baş vermiş partlayışda “Kətaib” Livan falanqist partiyasının erməni əsilli baş katibi Nizar Nadjaryan ölüb. 

“MediaPost” xəbər verir ki, bu haqda “Al Arabiya” televiziya kanalı öz “Twitter” səhifəsində xəbər yayıb.

Bundan əvvəl yayılmış məlumatda Nizar Nadjaryanın ağır yaralandığı və huşsuz olduğu bildirilmişdi. 

Beyrut şəhərində dəniz limanının yerləşdiyi rayonda, Livan Hərbi Dəniz Qüvvələrinə məxsus bazanın yaxınlığında baş vermiş dəhşətli partlayışda həlak olanların ümumi sayı 100-ü keçib, yaralıların isə yüzlərlə olduğu bildirilir.

Qeyd edək ki, Livan falanqist partiyası “Kətaib” (ərəb. حزب الكتائب اللبنانية‎ Xizb al-Kətaib al-Lübnaniyyə) əsasən, Livan xristian-maronitlərinin maraqlarını təmsil edən sağ yönlü milliyyətçi siyasi partiyadır. 1936-cı ildə təsis olunmuş partiya 1975-1990-cı illərdə baş vermiş vətəndaş müharibəsi dövründə sağ yönlü radikal xristianların aparıcı partiyası rolunda fəaliyyət göstərib.

Partiyanın ideologiyası heç vaxt nasist olmasa da, italyan, ispan və fransız faşizminə bənzər idi. Hətta təsis edilmədən sonra bir müddət partiya üzvlərinin uniforması alman faşistlərinin geyindiyi qəhvəyi köynəklərdən ibarət idi. Nasist salamlamasından da istifadə olunurdu.

Partlayış zamanı ermənilərə məxsus "Aircompany Armenia" şirkətinin Livan ofisi, kilsə, xəstəxana darmadağın olub. Partlayış nəticəsində həmçinin 4 tibb bacısı - Cesika Bezjyan, Jaq Paramaqyan, Delia Papazyan və Varujhan Tosyan ölüb.

img
img
img
img

Xəbərlər şöbəsi

Gündəm