Bəzi məcburi köçkünlərə verilən “çörəkpulu” niyə kəsilib? - AÇIQLAMA
18.02.2020 11:21 Cəmiyyət

Bəzi məcburi köçkünlərə verilən “çörəkpulu” niyə kəsilib? - AÇIQLAMA

Dövlət Komitəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ mövcud qanunvericilik əsasında tənzimlənir.

Qeyd olunub ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na uyğun müəyyən edilir.

Dövlət Komitəsindən bildirilib ki, məcburi köçkünlərə dövlət qayğısının real təzahürlərindən biri də onlara vahid aylıq müavinətin verilməsidir: “Məcburi köçkün statusu olan qadın ailə qurduqdan sonra ona verilən müavinət dayandırılmır. Bu hal yalnız, ərazisi işğal olunmuş rayondan olmayan şəxslə ailə qurduqda şamil olunur. Nazirlər Kabinetinin 11 saylı qərarının 2-ci bəndi məcburi köçkün statusu olan şəxslərə vahid aylıq müavinətin hansı hallarda şamil edilmədiyini göstərir. 11 nömrəli qərarın 2.4-cü bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara müavinətin verilməsi şamil edilmir”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm