Bill Qeyts:"Mənim ən böyük kabusum gerçəkləşdi"
25.04.2020 22:04 Dünya

Bill Qeyts:"Mənim ən böyük kabusum gerçəkləşdi"

Dünyanın ən zəngin adamı, Microsoft şirkətinin qurucusu Bill Qeyts koronavirus pandemiyasını dünya müharibəsi ilə müqayisə edib.

“MediaPost” "British Times"a istinadən xəbər verir ki, “Microsoft”un qurucusu dünya müharibəsi ilə koronavirus arasındakı yeganə fərqi də açıqlayıb. O bildirib ki, bu virusla müharibədə hər kəs eyni cəbhədədir.

Microsoft qurucusu eyni zamanda "Ən böyük kabusum gerçəkləşdi" ifadələrini də işlədib.

Qeyts həmçinin əlavə edib ki, əgər COVID -19-a qarşı peyvənd tapılarsa, onun labaratoriyalarda kütləvi hazırlanması üçün milyardlarla dollar vəsait xərcləyəcək.

Xəbərlər departamenti

Gündəm