Bill Qeyts: "Zəngin ölkələrdə 2021-ci ildə bitəcək"
11.08.2020 07:55 Gündəm Dünya

Bill Qeyts: "Zəngin ölkələrdə 2021-ci ildə bitəcək"

“Microsoft”un qurucusu və dünyanın ən zəngin insanlarından olan Bill Qeyts yeni növ koronavirus pandemiyasının nə vaxt sona çatacağı ilə bağlı danışıb.

“MediaPost" xəbər verir ki, “Wired” jurnalına müsahibə verən Qeyts pandemiyanın zəngin və kasıb ölkələrdə eyni vaxtda bitməsinin mümkün olmadığını deyib. 

Belə ki, o, “COVID-19-la bağlı aparılan araşdırmalar olduqca təsirlidir. Ehtimal edirəm ki, zəngin ölkələrdə pandemiya 2021-ci ilin sonuna yaxın bitəcək. Dünyanın geri qalanında isə xəstəliyin sona çatması 2022-ci ilin son aylarına təsadüf edəcək”, - deyə qeyd edib.

Koronavirusa qarşı mübarizədə vaksin hazırlıqlarından danışan 64 yaşlı Qeyts “Vaksin və müalicə işləri yaxşıdır, bu innovasiya səbəbi ilə bədbin düşünməyə gərək yoxdur. Təbii, immunitet yaranana qədər 5 il boyunca bu xəstəlik müəyyən dövrdən bir ortaya çıxacaq. Lakin həm heyvan təcrübələrindən, həm də 1-ci kliniki testlərdən alınan nəticələr xəstəliyin vaksinlə müalicə oluna biləcəyini göstərir”, deyib.

Anara Mikayılova

 

Xəbərlər şöbəsi

Gündəm