Bill Qeyts: "O olmasaydı fond qurulmazdı"
16.09.2020 09:39 Dünya

Bill Qeyts: "O olmasaydı fond qurulmazdı"

"Microsoft" qurucusu Bill Qeytsin atası Uilyam Henri Qeyts vəfat edib.

"MediaPost" xəbər verir ki, bu barədə Bill Qeyts məlumat verib. O, 94 yaşlı atasının ölümü ilə bağlı "hamımız bu möhtəşəm insanın uzun müddət həyatımızda olması məsələsində nə qədər şanslı olduğumuzu düşünməliyik" - deyə qeyd edib.

Uilyam Henri Qeyts bir ordu qazisi və hüquq firmasının qurucusu idi. B.Qeyts "Bill və Melinda Qeyts fondu atam olmasaydı, qurulmazdı" deyib.

Atasının bazar ertəsi günü dünyasını dəyişdiyini bildirən Qeyts ölüm səbəbi ilə bağlı açıqlama verməyib.

 

Anara Mikail

Gündəm