Binədə 19 yaşlı gənci vuran avtomobil hadisə yerindən qaçıb
"MediaPost"-un “Report”-a istinadən verdiyi məlumata görə, hadisə Binə qəsəbəsinin Savxoz adlanan ərazisində qeydə alınıb.
Şahidlərin bildirdiyinə görə, “Ford” markalı avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Əliyev Şahin Teymur oğlunu vurub və daha sonra hadisə yerindən qaçıb.
Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona, sağ qolun sınığı və üz nahiyəsinin əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
"MediaPost"