Binəqədidə 2,5 tona yaxın soya yağı oğurlandı
08.02.2020 15:57 Kriminal

Binəqədidə 2,5 tona yaxın soya yağı oğurlandı

Daxili İşlər Nazirliyinin məlumatına görə, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə fevralın 6-na keçən gecə rayon ərazisindəki anbarların birindən 2,5 tona yaxın soya yağının oğurlanması barədə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Atakişiyev, Biləsuvar rayon sakinləri S.Əliyev və E.Əmirbəyli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm