Binəqədidə karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkar edilib
13.04.2020 12:40 Kriminal

Binəqədidə karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkar edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "MediaPost"a verilən məlumata görə, Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən “Kəndimiz” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərəndiyi aşkar edilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı kafedə karantin qaydalarını pozan 6 nəfər saxlanılaraq 5-ci Polis Bölməsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Obyektin sahibinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbərlər departamenti

Gündəm