“Bir də gəlməyəcək belə sevda...” - Xumar Qədimova
14.09.2020 11:22 Şou-biznes

“Bir də gəlməyəcək belə sevda...” - Xumar Qədimova

Əməkdar artist Xumar Qədimova yeni mahnısını təqdim edib.

“MediaPost” xəbər verir ki, sənətçi sözləri Aysel Gürelə, musiqisi Atilla Özdemiroğluna aid “Sevda” mahnısını səsləndirib.

Xumar Qədimova “Sevənlərim, “Sevda”nın möhürü vuruldu. Bir də gəlməyəcək belə sevda”, - deyə İnstaqramda yazıb.

Qeyd edək ki, sözügedən mahnı ilk dəfə Nukhet Duru tərəfindən 1985-ci ildə ifa edilib. Daha sonra müxtəlif sənətçilər mahnını ispan, yunan və başqa dillərdə də səsləndirib.

 

Pərviz Hüseyn

Gündəm