"Bir il ərzində həyatımızın tam normala dönəcəyini heç kəs gözləməməlidir" - TƏBİB sədri
16.04.2020 11:10 Gündəm

"Bir il ərzində həyatımızın tam normala dönəcəyini heç kəs gözləməməlidir" - TƏBİB sədri

Pandemiyanın nə qədər vaxt davam edəcəyini hazırda dünyada heç kim bilmir.

"MediaPost"un məlumatına görə bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

"Yeni bir virus ortaya çıxdığı zaman nə qədər sürətlə yayılmasından asılı olaraq insanlarda immunitet yaradır. Hazırda bu immunitetin nə qədər qalıcı olduğunu da bilmirik. Ona görə də bilmədiyimiz bir xəstəliklə üz-üzəyik. Şəxsi təxminimə görə bu vəziyyətdən bir ildən daha tez xilas ola bilməyəcəyik. Yəni bir il hər kəsin evdə qalacağını demək istəmirəm. Amma bir ildən tez bu xəstəlik bizim gündəmimizdən düşməyəcək. Xəstəlik daha da azalaraq gündəmdə qalacaq"-ÜST rəsmisi söyləyib.

TƏBİB sədri Ramin Bayramlı isə bildirib ki, hər kəsdə məsuliyyət hissi olmalıdır: "Bizim irəlidəki bir il ərzində həyatımızın tam normala dönəcəyini heç kəs gözləməməli və hər kəsdə məsuliyyət hissi olmalıdır. Qaydalar müəyyən ediləcək və hər kəs bu qaydalara əməl etməlidir".

Xəbərlər departamenti

Gündəm