MSK daha 2 məntəqənin nəticələrini etibarsız saydı - YENİLƏNİB
22.02.2020 13:40 Daxili siyasət

MSK daha 2 məntəqənin nəticələrini etibarsız saydı - YENİLƏNİB

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü dairə üzrə müşahidəçilərə müşahidə aparmağa üçün imkan verilmədiyini qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Müraciətlə bağlı 3 istiqamətdə araşdırma aparılıb. Ekspert qrupu müraciəti hərtərəfli araşdırıb. Araşdırma zamanı yalnız 1 seçki məntəqəsində pozuntular aşkar edilib. Məhz bu səbəbdən həmin dairə üzrə 25 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 1 seçki (25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilib.

***

MSK-nın iclasında 48 saylı Yevlax seçki dairəsindən namizəd Rüfət Hacıbəylinin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb, şikayətçilərlə əlaqə saxlanılıb. Şikayətçi müraciətində 313 saylı məntəqələrdə qanun pozuntularının olduğunu bildirib. DSK müraciəti hərtərəfli araşdırıb və əsassız hesab edib. Lakin sosial şəbəkələrdə görüntülər araşdırılıb. Həmin görüntülər araşdırılan zaman 6 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib. Məhz bu səbəbdən həmin dairə üzrə 6 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılmalıdır”.

Sonda həmin dairənin 1 seçki (6 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm