Bir xəyanət operettası - <span>VİDEO</span>
07.06.2023 16:20 Təhlil Gündəm

Bir xəyanət operettası - VİDEO

Azəbaycanın xüsusi xidmət orqanları uzun müddətdir ki, İranın ölkəmizdəki cəsus şəbəkəsinin çökərdilməsi məqsədilə silsilə əməliyyatlar həyata keçirir.

MediaPost xəbər verir ki, bu uğurlu əməliyyatlar nəticəsində ölkədə konstutisyon rejimi dəyişməyə çalışan dini-radikal “kəriməçi”lər qrupu demək olar ki, zərəsizləşdirilib. Ölkədə vəzifələri şəxslərə qarşı törədilməsi nəzərdə tutulan sui-qəsdlərin, ictimai yerlərdə planlaşdırılan terror aktlarının qarşısı alınıb. Bütün bunlar isə loru dildə desək yerli vətəndaşların heç ruhu da incimədən, səssiz-səmirsiz, qorxu və təlaş yaradılmadan həyata keçirilib.

Lakin ölkə daxilində həyata keçirilən uğurlu əməliyyatlar böyük təqdir və ictimai dəstəklə qarşılansa da ölkə xaricində bu əməliyyatlara münasibət heç də birmənalı olmur. Hətta deyə bilərik ki, hər dəfə Azərbaycanın xüsusi xidmət orqanları İranın bir cəsus şəbəkəsini zərərsizləşdirdiyi zaman “Açıq söz” başda olmaqla bir sıra xaricdəki sapı özümüzdən olub, zatı özümüzdən olmayan baltalar əllərindəki informasiya qılıncını dərhal öz dövlətlərinə qarşı çevirir, ölkənin xüsusi xidmət orqanlarına ləkə yaxır, hətta saxlanılan terrorçulara bəraət qazandırır. 

Əgər diqqət yetirsək görərik ki, son bir neçə ayda DTX-nın hər əməliyyatından sonra “Azad söz”ün sınıq patifonunda Tural Sadıqlının “Xəyanət operettası” səslənir . Qulağa yatımlı bu operettanın sözlərinin müəllifi isə heç şübhəsiz “Mazandaran mollaları”dır. Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan dərhal sonra, SEPAH-a yaxın media qurumlarından belə öncə Tural Sadıqlının terror aktını ailə-məişət qalmaqalı kimi şərh etməsi bunun əyani sübutudur.

Azərbaycanda saxlanılan hər cəsusu vicdan məhbusu kimi təqdim edən Tural Sadıqlı görünür bu dırnaqarası qəhrəmanlığına görə İrandan külli miqdardarda vəsait alır. Doğrusu, nə Avropanın göbəyində İran pulu hesabına yaşamaq, nə də öz dövlətinə qarşı bu qədər dırnaqarası uğurlu operetta yazmaq hər adamın işi deyil. Vəyaxud, adam işi deyil...

 

Xəbərlər departamenti

Gündəm