Birdəfəlik ödəmənin müddəti ilə bağlı nazirlikdən açıqlama
20.04.2020 14:43 Cəmiyyət

Birdəfəlik ödəmənin müddəti ilə bağlı nazirlikdən açıqlama

Bunu “MediaPost”a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib.

Onun sözlərinə görə karantin rejiminin 4 mayadək uzadılması ilə əlaqədar vətəndaşların birdəfəlik ödəmə (190 manar) üçün işsiz qeydiyyatına düşməsi də karantinin sonuna qədər davam edəcək.

Xatırladaq ki, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev xüsusi karantin rejimi dövründə qeydiyyata düşən və haqqı olan hər bir vətəndaşa bu ödənişlərin ediləcəyini açıqlamışdı.

Xəbərlər departamenti

Gündəm