"Biz açılışa gedirik, bu o deməkdir ki..." - TƏBİB
08.08.2020 09:20 Gündəm Cəmiyyət

"Biz açılışa gedirik, bu o deməkdir ki..." - TƏBİB

"Bizi çox vaxt qınayırlar ki, insanları daim qorxuduruq və payız-qış mövsümündən danışırıq".

"MediaPost" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. 

O, səsləndirilən tənqidlərə münasibət bildirib: "Biz gözümüzü yummaqla bu problem həll olunmayacaq. Yeni artmalara hazırlamalıyıq. Bu barədə məlumat vermək bizim xidməti borcumuzdur. Biz açılışa gedirik. Hər şey özümüzdən asılıdır. Bəzi qapalı yerdə xidmət göstərən məkanların açılması o deməkdir ki, biz qaydalara ciddi şəkildə riayət etməliyik".

Billurə Yunus / “MediaPost"

Xəbərlər şöbəsi

Gündəm