"Biz hələ virusa qalib gəlməmişik" - Nazirlər Kabineti
15.04.2020 16:25 Gündəm

"Biz hələ virusa qalib gəlməmişik" - Nazirlər Kabineti

"Həm fevralın 28-dən başlamış, həm də aprelin birindən bu günə qədər olan prosesə artıq bu həftə ilkin yekun vura bilərik. Xəstəliyə yoluxmanın sayının nisbətən azalması və sağalmanın sayının nisbətən artması tendensiyası görünür".

"MediaPost"un məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bugünkü brifinqdə açıqlayıb. O bildirib ki, bir qərarla normal həyata qayıtmaq mümkün olmayacaq:

"Bu istiqamətin müsbət tərəfə yönləndirilməsinə bir işartıdır, amma biz hələ virusa qalib gəlməmişik. Qeyri-müəyyənlik qalmaqdadır. Bu tək bizdən asılı olan bir məsələ deyil. Dünyanın müxtəlif ölkələri bir-birindən qarşılıqlı şəkildə asılıdır. Ola bilər ki, Azərbaycanda vəziyyət tezliklə sabitləşsin və yaxşılaşmağa doğru getsin. Amma başqa ölkələrdəki vəziyyət imkan vermir ki, biz aprelin 20-dən sonra dərhal karantin rejiminə qədərki günə qayıdaq. Bu bir göstərişlə, qərarla mümkün deyil".

Xəbərlər departamenti

Gündəm