"Biz keçmişi yaddan çıxartmalıyıq"
07.08.2020 10:11 Siyasət Daxili siyasət

"Biz keçmişi yaddan çıxartmalıyıq"

Prezident İlham Əliyev tərəfindən regionların inkişafı ilə bağlı verilən qərarlar bu gün regionların inkişafını təmin edən ən mühüm amildir.

“MediaPost”un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bu gün biz azad və demokratik ölkədə yaşayırıq: “Müəyyən problem var. Cəmiyyət varsa, insanlar varsa, problem də olmalıdır. Torpaq islahatları sovetlər birliyində ilk dəfə Azərbaycanda həyata keçirildi. Bunun nəticəsində bu gün biz bol kənd təsərrüfatı məhsullarının şahidiyik. Nöqsanlar təbii ki, var və aradan qaldırılmalıdır. Ancaq bununla yanaşı, biz görülən işləri də dəyərləndirməliyik. Rayonlarda quruculuq-abadlıq işləri aparılıb, yeni müəssisələr tikilib, yeni iş yerləri yaradılıb".

S.Novruzov həmçinin bəyan edib ki, biz keçmişi yaddan çıxartmalıyıq: "Vaxt var idi ki, Azərbaycanda yol, qaz, işıq anlayışı yox idi. İndi isə 3 kənddə qazın olmaması davasını edirik. Mən yol kənarında ağacların kəsilməsini, quldur dəstələrin olmasını, ayrı-ayrı yerlərdə bəzi insanların quldur hərəkətlər etməsini xatırlayıram. Cəmiyyət varsa, müəyyən problemlər də olmalıdır. Guya ABŞ-da problem yoxdur? Torpaq islahatı ilk dəfə Azərbaycanda həyata keçirilib. Onun nəticəsində bu gün kənd təsərrüfatının inkişafının şahidi oluruq. Bu gün rayonla şəhər arasında fərqi heç kim görə bilmir”. 

Xəbərlər şöbəsi

Gündəm