Biz xəyanət etdik - Araik Arutyunyan
11.11.2020 20:39 Dünya

Biz xəyanət etdik - Araik Arutyunyan

Qondarma Dağlıq Qarabağ rejiminin "prezidenti" Araik Arutyunyan  erməni xalqını satqın adlandırıb.

"MediaPost"  erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə A.Arutyunyan özünün "Facebook" səhifəsində canlı yayım zamanı deyib.

A.Arutyunyan bildirib: "Əgər kimsə satqınlıqda ittiham olunmalıdırsa, o zaman bütün erməni xalqını satqınlıqla ittiham etmək olar. "Torpağı kim" satdı? Biz bunu xalqımızla birlikdə etdik, xəyanət etdik. Hamımız bir yerdə etdik".

Xəbərlər şöbəsi

Gündəm