Blinken: "Türkiyəni Rusiyadan uzaq tutmalıyıq"
27.01.2021 13:35 Dünya

Blinken: "Türkiyəni Rusiyadan uzaq tutmalıyıq"

"Türkiyəni Rusiya ilə yaxınlaşdıracaq addımlardan uzaq tutmalıyıq".

"MediaPost" xəbər verir ki, bunu senatorların yazılı suallarını cavalandıran və Türkiyəni "sözdə strateji tərəfdaş" adlandıran ABŞ-ın yeni dövlət katibi Antoni Blinken söyləyib.

"Türkiyə çətin tərəfdaşdır. Prezident seçilən Co Bayden beynəlxalq hüququ pozan və ya bir NATO müttəfiqi olaraq öhdəliklərini pozan Türkiyənin davranışlarını gündəmə gətirəcəyinə söz verdi. Rəhbərliyimiz insan haqları və hüququn üstünlüyünə önəm verir. Terrorla mübarizə, Suriyadakı qarşıdurmaya son qoymaq və regional sabitliyin təmin edilməsində ortaq maraqlarımız var. Ortaq prioritetlər üzrə əməkdaşlıq axtaracaq və mübahisəli məsələləri həll etmək üçün Türkiyə ilə dialoqa girəcəyik. Ümumilikdə isə Türkiyəni Rusiyaya və digər düşmənlərə yaxınlaşdıracaq addımlar atmaqdansa, Qərbə istiqamətləndirmək önəmlidir. Regional məsələlərdəki fərqliliklər ilə Türkiyəni transatlantik ittifaqa geniş şəkildə uyğunlaşdırmağa çalışacağıq", - deyə Blinken qeyd edib.

Anara Mikail

Gündəm