Bloklanmış "190 manatlar" bu istiqamətlər üzrə xərclənəcək - AÇIQLAMA
08.08.2020 10:07 İqtisadiyyat

Bloklanmış "190 manatlar" bu istiqamətlər üzrə xərclənəcək - AÇIQLAMA

"Bloklanmış kartlardan 1 manat da istifadə edilməyib".

“MediaPost” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. 

“Ən ehtiyaclı 600 min insana birdəfəlik ödənişin verilməsi ilə bağlı qərar qəbul edildi. Və biz ehtimal edirdik ki, 190 manat bu insanlara o qədər vacibdir ki, alan kimi ehtiyaclarına yönəldəcəklər. Qeyd edilən bloklanmış kartlardan 1 manat belə istifadə edilməyib. 10 manat belə kartdan vəsait çıxarılsaydı, əmin olardıq ki, bu insanın pula ehtiyacı var”, - deyə o, qeyd edib. 

Prezidentin köməkçisi əlavə edib ki, bloklanan vəsaitlər digər sahələr üzrə istifadə ediləcək: “Bu vəsaitlər istifadə edilmirsə, daha lazımlı istiqamətlərə xərclənəcək. Həkimlərin əməkhaqqına, tibbi ləvazimatın alınmasına, digər müavinətlərin ödənilməsinə və s.”

Rahim Tarıverdiyev/ “MediaPost”

Xəbərlər şöbəsi

Gündəm