BMT: "Bu il İranda 400-dən çox insan edam edilib, 85 uşaq ölüm hökmünə məhkum olunub"
24.11.2022 16:34 Gündəm

BMT: "Bu il İranda 400-dən çox insan edam edilib, 85 uşaq ölüm hökmünə məhkum olunub"

“İranda bu ilin sentyabrınadək 400-dən çox insan edam olunub”.

MediaPost  xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türk noyabrın 24-də qurumun İnsan Hüquqları Şurasının xüsusi iclasında bildirib.

Onun sözlərinə görə, son 5 ildə ilk dəfədir ölkədə edam edilənlərin sayı 400-ü ötüb.

Ali komissar deyib ki, İranda 2020-ci ildə 276 nəfər, 2021-ci ildə isə 330 nəfər edam olunub.

F.Türk deyib ki, hazırda 85 uşaq edam hökmünün icrasını gözləyir: “Bu il onların ikisi edam edilib”.

news department

Gündəm