BMT-dən qorxulu xəbərdarlıq: 13 milyon insanın həyatı təhlükədədir - VİDEO
11.02.2020 14:44 Dünya

BMT-dən qorxulu xəbərdarlıq: 13 milyon insanın həyatı təhlükədədir - VİDEO

"MediaPost" xəbər verir ki, adıçəkilən bölgədə çəyirtkələrin sürətlə yayıldığını bildirən BMT bunun gələcəkdə 13 milyon insanın qida məsələsində ciddi problemə yol açacağını söyləyib.

Qurumun baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok keçirdiyi mətbuat konfransında Keniyada son 70, Somali və Efiopiyada 25 ilin ən təhlükəli çəyirtkə hücumunun olmasına diqqət çəkib. O bildirib ki, çəyirtkə hücumunun qarşısı alınmazsa, Şərqi Afrika ölkələri fəlakətə sürüklənəcək və buradan böyük miqrant axını baş verəcək.

Loukok qeyd edib ki, bu məsələ ilə mübarizə aparmaq üçün 76 milyon dollara ehtiyac var.

BMT-nin Ərzaq Məsələləri üzrə Komitəsinin verdiyi açıqlamaya görə, əgər bir il içərisində vəziyyət nəzarət altına alınmasa, "çəyirtkə vəbası" yaşanacaq.


Xəbərlər departamenti

Gündəm