BMT Trampın ÜST-lə bağlı qərarına qarşı çıxıb
15.04.2020 07:46 Dünya

BMT Trampın ÜST-lə bağlı qərarına qarşı çıxıb

"MediaPost" "Sputnik"ə istinadla xəbər verir ki, baş katib sözügedən qərarın zamanı olmadığını söyləyib:

"İndi koronavirusa qarşı mübarizədə ÜST-ün və ya hər hansı bir humanitar təşkilatın mənbəsini azaltmaq yox, həmrəylik zamanıdır".

Quterreş koronavirusun və onunla mübarizənin bənzəri olmadığını deyib:

"Epidemiya səhifəsi bağlananda geriyə qayıdıb necə meydana çıxması, bütün dünyaya yayılması və bu böhranla hansı formada mübarizə aparılmasına baxaraq dərs götürəcəyik, amma indi yeri deyil".

Xatırladaq ki, D.Tramp daha əvvəl koronavirusun yayılmasında Çinlə yanaşı ÜST-ü də ittiham etmişdi. O, təşkilata qarşı aparılan istintaqın tamamlanmasına qədər 500 milyon dollarlıq maliyyə dəstəyini donduracaqlarını açıqlamışdı.

Xəbərlər departamenti

Gündəm