BNA: "Avtobus parkının yenilənməsi işi davamlı prosesdir"
03.02.2020 12:05 Cəmiyyət

BNA: "Avtobus parkının yenilənməsi işi davamlı prosesdir"

Bu barədə "MediaPost"a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

“Vətəndaşlarımıza müasir standartlara uyğun sərnişindaşıma xidmətinin göstərilməsi daim dövlətin diqqətindədir. Bunun nəticəsidir ki, bu gün paytaxtımızda avtobus parkının yenilənməsi ilə bağlı çox işlər görülür. Cənab Prezidentin sərəncamı ilə 300 avtobus alınaraq ölkəmizə gətirilib. Hazırda onların müntəzəm marşrut xətləri üzrə istismara verilməsi işləri gedir. Onu da qeyd edim ki, müntəzəm marşrut xətləri üzrə yenilənmələr qanunvericiliyin tələbinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. Avtobus parkının yenilənməsi işi davamlı prosesdir. Bu il və gələn ildə də davam edəcək” – deyə o qeyd edib.

M.Ağayev əlavə edib ki, sərnişindaşıma sahəsində çalışan daşıyıcılar üçün yaradılan əlverişli biznes mühiti və bu sahədə şəffaflığın yaradılması sayəsində daşıyıcıların da avtobus parkının yenilənməsinə maraq artıb.

Xəbərlər departamenti

Gündəm