BNA-dan ictimai nəqliyyatla bağlı daha bir yenilik - FOTO
09.02.2020 10:42 Cəmiyyət

BNA-dan ictimai nəqliyyatla bağlı daha bir yenilik - FOTO

Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatına görə, artıq Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür.

Sürücülər onlara Mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı "sürücü ekranı" cihazları vasitəsilə əldə edir.

İlk belə məlumatlandırma bu gün həyata keçirilib. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm