BNA-dan sürücülərə buzlu yol xəbərdarlığı
07.02.2020 18:56 Cəmiyyət

BNA-dan sürücülərə buzlu yol xəbərdarlığı

Bakı Nəqliyyat Agentliyindən "MediaPost"-a verilən məlumata görə, daşıyıcıların vəzifə və öhdəlikləri təkrar onların diqqətinə çatdırılıb.

Həmçinin, sürücülərə tövsiyə edilir ki, sürət həddinə əməl etsinlər, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar:

"Ümumilikdə isə məlum qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi məqsədə uyğundur.

Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir".

Xəbərlər departamenti

Gündəm